İsrailin təhlükəsizlik sistemində ən yüksək döyüş hazırlığı elan olunub.
Musavat.com xəbər verir ki, ölkənin mülki müdafiə xidməti və fövqəladə qurumları mümkün İran hücumu ehtimalı ilə bağlı xüsusi təlimatlar alıb.
Yerli Ynet portalının yazdığına görə, İsrail rəsmiləri ABŞ-ın İrana zərbəsini artıq qaçılmaz hesab edir. Bu ssenaridə Təl-Əvivin Vaşinqtona qoşulacağı və nəticədə İran tərəfindən cavab hücumu ilə üzləşəcəyi gözlənilir.
Məlumata əsasən, sığınacaqların hazırlıq vəziyyəti yoxlanılır, fövqəladə xidmətlərin operativ planları yenilənir, əhaliyə xəbərdarlıq sistemləri aktivləşdirilir.
Musavat.com






