İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailə BÖYÜK ŞOK! Türkiyə hər an bu addımı ata bilər

3832 19.11.2023 11:37 Dünya A A

Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Türkiyə İsraillə diplomatik əlaqələri kəsməyi düşünür.

Musavat.com xəbər verir ki, o bu fikirləri Əl-Cəzirə telekanalına müsahibəsində səsləndirib.

Hakan Fidanın sözlərinə, bu cür qərar kollektiv xarakter daşımalıdır:

“Türkiyə İsraillə münasibətləri kəsmək məsələsini nəzərdən keçirir. Lakin biz hesab edirik ki, bu, digər müsəlman ölkələrinin də iştirakı ilə kollektiv qərar olmalıdır”.

O əlavə edib ki, Türkiyə ABŞ-ın İsraili tam dəstəkləməsini qəbul etmir və rəsmi Ankara atəşkəs əldə olunana qədər Qəzza zolağında müharibədən sonrakı vəziyyət barədə danışıqlardan imtina edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR