İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail vətəndaşlarının bu ölkəyə girişi QADAĞAN EDİLDİ

1059 02.06.2024 19:46 Dünya A A

Maldiv adalarının prezidenti Məhəmməd Muizzu Nazirlər Kabinetinin tövsiyəsindən sonra İsrail vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulması barədə qərar qəbul edib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə başçısının rəsmi saytında məlumat verilib.

"Nazirlər Kabinetinin qərarına İsrail pasportu sahiblərinin Maldiv adalarına girişini qadağan etmək üçün zəruri qanunlara dəyişiklik edilməsi, habelə hökumət daxilində bu hərəkətlərə nəzarət edən komitənin yaradılması daxildir", - məlumatda deyilir.

Maldiv adaları prezidenti həmçinin fələstinlilərin ehtiyaclarını qiymətləndirmək və yardım üçün xüsusi nümayəndə təyin etmək qərarına gəlib.

Qeyd olunub ki, ölkədə “Maldivlilər Fələstinlə həmrəydir” şüarı altında ümummilli mitinq keçiriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR