İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Qəzzanın şimalında HƏMAS-ı məhv etdiyini açıqlayıb

392 07.01.2024 09:57 Dünya A A

İsrail Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari keçirdiyi brifinqdə bildirib ki, hərbçilər Qəzza zolağının şimalında Fələstinin HƏMAS qruplaşmasının hərbi strukturlarının dağıdılmasını başa çatdırıblar.

“Biz Qəzza zolağının şimalında HƏMAS strukturlarının məhvini tamamladıq və bu nailiyyəti dərinləşdirməyə, sərhəddəki hasar, müdafiəni gücləndirməyə davam edəcəyik”, - Haqari İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatının ilk üç ayının yekunu ilə bağlı deyib.

O qeyd edib ki, İsrailin əməliyyatının vaxtına çətin relyef şəraiti, o cümlədən anklavın şimal hissəsində sıx şəhər inkişafı təsir göstərir.

Onun sözlərinə görə, İsrail ordusu hazırda Qəzza zolağının mərkəzi və cənub hissələrində HƏMAS-ın məhv edilməsinə yönəlib.

İsrail ordusunun sözçüsü vurğulayıb ki, hərbçilər bunu “müxtəlif üsullardan” istifadə edərək və döyüşlər zamanı öyrəndikləri dərslərə əsaslanaraq edəcək.

Yanvarın 6-da İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, HƏMAS məhv edilməyincə Qəzza zolağında müharibə dayandırıla bilməz./Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR