İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ordusunun itkiləri AÇIQLANDI

872 18.03.2024 16:56 Dünya A A

Qəzza zolağında münaqişə başlayandan bəri 600-ə yaxın İsrail əsgəri həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə “Yedioth Ahronot” qəzeti İsrail Müdafiə Qüvvələrinə (IDF) istinadən məlumat yayıb.

"Müharibə başlayandan 593 İsrail əsgəri həyatını itib. Onlardan 250-si Qəzza zolağında quru əməliyyatı başlayandan sonra həlak olub", - deyə nəşr yazır.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildə HƏMAS silahlıları İsrailə hücum edib. 1,2 mindən çox insan hücumun qurbanı olub, 240 nəfər girov götürülüb.

Buna cavab olaraq İsrail Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb.

İsrailin hərbi əməliyyatı başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 31,7 min nəfəri keçib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR