İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ordusu Suriyada ƏMƏLİYYAT KEÇİRDİ

1097 25.05.2025 18:52 Dünya A A

İsrail ordusu Suriyanın Əl-Kuneytra vilayətində yerləşən Əl-Hamidiya qəsəbəsi yaxınlığında əməliyyat keçirib.

Musavat.com xəbər verir ki, bu barədə Suriyada İnsan Haqlarının Müşahidəsi Təşkilatı (SOHR) məlumat yayıb.

Məlumata görə, əməliyyata İsrail ordusuna məxsus 14 ədəd nəqliyyat vasitəsi və 3 tank cəlb olunub.

Bir neçə saat sonra İsrail hərbçiləri bu ərazidən son aylarda yerləşdikləri Colan təpələrinin Suriya hissəsinə doğru geri çəkilib.

İsrail Müdafiə Ordusu (İDF) hələlik bu barədə hər hansı açıqlama verməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR