İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ordusu Qəzzada keçirdiyi əməliyyat zamanı HƏMAS-ın 10 yüksəkrütbəli komandirini öldürüb

453 04.11.2023 02:07 Dünya A A

Qəzza zolağında əməliyyat başlayandan İsrail hərbçiləri Fələstinin HƏMAS təşkilatının silahlı qüvvələrinin 10 yüksəkrütbəli komandirini öldürüb.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun sözçüsü Daniel Haqari məlumat verib.

“Biz HƏMAS-ın səhra komandirlərini yerdə və yeraltı təqib edir və məhv edirik. Döyüş əməliyyatları başlayandan biz Baş Təhlükəsizlik Xidməti ilə birlikdə rütbəsi briqada komandirinə uyğun gələn 10 HƏMAS terrorçusunu məhv etmişik. Bunlar döyüşlərə komandanlıq etmiş rəhbərlərdir”, – o qeyd edib.

Haqarinin sözlərinə görə, zərərsizləşdirilmiş komandirlər oktyabrın 7-də İsrail ərazisinə hücumun planlaşdırılmasında iştirak ediblər və bu planları öz bölmələri ilə birlikdə həyata keçiriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR