İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ordusu Qəzza sahillərində mövqelər tutduğunu açıqlayıb

441 06.11.2023 03:41 Dünya A A

İsrail ordusunun 36-cı diviziyası Qəzza zolağının şimalına hücum edib və anklavın sahilləri boyunca irəliləyib.

“Report” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (İMO) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, diviziyanın vəzifəsi Qəzza şəhərində radikal HƏMAS hərəkatının qüvvələrini mühasirəyə almaqdır.

“Qəzzada gedən döyüşlər zamanı 36-cı diviziya HƏMAS-ın hədəflərinə 1600-dən çox zərbə endirib. Bu hədəflərə təşkilatın infrastrukturu, silah anbarları, tank əleyhinə raket buraxılışları və müşahidə məntəqələri və yaraqlılar daxil olub”, - məlumatda bildirilib.

Qeyd olunub ki, 36-cı diviziyanın döyüşçüləri HƏMAS-la müharibə başlayandan bəri hərəkatın 300-dən çox döyüşçünü öldürüb. Mətbuat xidməti xəbər verir ki, son 12 saat ərzində diviziyanın əsgərləri döyüş bölgələri və operativ yaşayış binaları da daxil olmaqla 50-yə yaxın hədəfi vurub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR