İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

510 18.05.2024 00:36 Dünya A A

İsrail hərbçiləri Qəzza zolağında keçirdikləri əməliyyat zamanı 2023-cü il oktyabrın 7-də fələstinli radikalların hücumundan sonra öldürülən üç girovun meyitini aşkarlayıb.

"Report"un məlumatına görə, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqari xəbər verib.

“Təəssüflə bildirirəm ki, dünən gecə İsrail ordusu və Baş Təhlükəsizlik qüvvələri oktyabrın 7-də HƏMAS qırğını zamanı girov götürülən və onun tərəfindən öldürülən girovlarımız Şani Luk, Amit Buskila və Yitzhak Qelernterin meyitlərini tapıblar”, - o brifinqdə bildirib.

İsrail ordusunun əldə etdiyi məlumata görə, onların hər üçü festivalı tərk etmək istəyərkən öldürülüb, bundan sonra radikallar meyitləri Qəzza zolağına aparıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR