İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ordusu HƏMAS-ın əsas dayaqlarından olan şəhəri ələ keçirdi

561 22.12.2023 01:42 Dünya A A

İsrail ordusunun bölmələri Qəzza zolağında HƏMAS hərəkatının əsas dayaqlarından biri hesab edilən əş-Şücayyə şəhəri üzərində nəzarəti bərqərar edib.

"Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, bölmələr məqsədyönlü əməliyyatlar keçirmək üçün ərazidə qalacaq.

Hərbçilər HƏMAS-ın əsas mövqelərinin zərərsizləşdirilməsini başa çatdırıb, mövqe əldə ediblər və Əl-Şücayyədə nəzarəti bərqərar ediblər. Məlumata görə, 188-ci briqadanın qruplaşması reyd zamanı HƏMAS-ın Şucayyə batalyonunun qərargahını ələ keçirib.

Hərbçilər əlavə edib ki, Şucayyədə əsgərlər “HƏMAS-ın yüksək səviyyəli fəallarının evlərində axtarışlar aparıb və kəşfiyyat materialları tapıblar”.

Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox girov götürülməsi ilə müşayiət olunub.

İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən “Dəmir qılınclar” əməliyyatının başladığını elan edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR