İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ordusu AÇIQLADI - Qəzzanın cənubunu da vura bilərik

496 12.11.2023 14:33 Dünya A A

İsrail Silahlı Qüvvələri Qəzza zolağının cənubuna hücum etməyəcəyi barədə heç vaxt öhdəlik götürməyib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Conatan Konrikus brifinq zamanı bildirib.

"Müharibə gedir. Biz fələstinliləri cənuba getməyə çağırmışıq və buna davam edəcəyik. Lakin biz heç bir mərhələdə Qəzzanın cənub bölgələrinə hücum etməyəcəyimizi bəyan etməmişik", - o deyib.

Konrikusun sözlərinə görə, bundan sonra da Qəzzada mühüm hərbi hədəflər vurulacaq.

"Biz heç vaxt Qəzzanın cənub bölgələrini vurmayacağımızı deməmişik. Biz yalnız əsas döyüş əməliyyatlarını diqqət mərkəzində saxladığımızı bildirdik. Düşünürəm ki, bu, vəziyyəti müşahidə edənlər üçün kifayət qədər aydındır", - deyə o yekunlaşdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR