İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ordusu 3 saat VAXT VERDİ

7423 06.11.2023 15:53 Dünya A A

İsrail ordusu fələstinlilərə 3 saat ərzində Qəzzanın cənubuna getmək üçün əsas magistral yoldan istifadə etməyə icazə verib.

Musavat.com xəbər verir ki, bu barədə "The Jerusalem Post" nəşri yazıb.

Belə ki, İsrail ordusu Qəzza zolağının əsas magistral yolundan HƏMAS qruplaşmasına qarşı əməliyyatların aparıldığı ərazilərdən fələstinlilərin təxliyəsinə icazə verəcəyini bildirib.

Nəşrin məlumatına görə, yoldan yerli vaxtla saat 13:00-dan 16:00-a qədər istifadə etmək olar.

"Özünüzün və yaxınlarınızın qayğısına qalırsınızsa, təlimatlara əməl edin və cənuba gedin“, - deyə məlumatda bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR