İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail mülki şəxslərin Qəzzaya qaytarılmasının şərtini açıqlayıb

410 27.02.2024 01:19 Dünya A A

Qəzza zolağının şimalına bütün mülki şəxslərin qaytarılması yalnız Fələstin anklavında saxlanılan bütün israilli girovlar azad edildikdən sonra mümkündür.

“Report” xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant əsir düşmüş hərbçilərin ailələri ilə görüşündə bildirib.

“Girovların geri qaytarılmasına imkan verəcək şərtlərə nail olmaq üçün gecə-gündüz işləyirik. Bu danışıqların bir hissəsi kimi biz radikal Fələstin hərəkatı olan HƏMAS-a təzyiqi davam etdirməyə çalışırıq.

Müdafiə strukturlarının mövqeyi aydın olacaq: mülki əhalinin Qəzza zolağının şimalına tam qayıdışı yalnız bütün girovların qaytarılmasından sonra baş verəcək”, - deyə nazir bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR