İnsanlara hürriyət, millətlərə istiqlal!

Bərdədə qaynı tərəfindən öldürülən Sədaqətin FOTOSU

1100 05.08.2024 14:23 Kriminal A A

Xəbər verdiyimiz kimi, Bərdə rayon prorurluğundan verilən məlumata görə, bu gün saat 08 radələrində Bərdə rayonu, Kələntərli kəndi ərazisində 32 yaşlı Sədaqət İbrahimovanın öldürülməsi barədə məlumat daxil olub. Araşdırmalarla 29 yaşlı Azər İbrahimovun aralarında yaranmış mübahisə zamanı qardaşı arvadı Sədaqət İbrahimovaya kəsici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən Azər İbrahimovun atası Rəşid İbrahimov hadisənin bəzi təfərrüatlarını jurnalistlərə danışıb.

Onun sözlərinə görə, qanlı hadisə azyaşlının gözü önündə törədilib.

"Səhər-səhər idi, durdum. Gördüm ordan baltanı götürdü. Dedim yəqin gedir nəsə bir iş görməyə. Fikir vermədim. Sonra da balaca qız dedi ki, anamı öldürdü, anamı öldürdü. Girdim ki, baltalayıb. Girdim yanına. Onun epilepsiyası vardı. Məni də öldürəydi də, məni də vuraydı" - Rəşid İbrahimov əlavə edib.

Qeyd edək ki, faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Azər İbrahimov iş üzrə şübhəli şəxs qismində tutulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR