İnsanlara hürriyət, millətlərə istiqlal!

İran parlamentində Netanyahunu məhv etmək çağırışı səslənib

356 05.08.2024 14:04 Dünya A A

İran parlamentin deputatı Məhəmməd Qasim Osmani Fələstinin HƏMAS hərəkatının rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə cavab olaraq İsrailin baş naziri Binyamin Netanyahunun aradan götürülməsinə çağırıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Osmani parlamentin iclası zamanı deyib: “Ümid edirəm ki, İsmayıl Haniyə üçün qan davası kimi daha bir “Dürüst vəd” əməliyyatı olacaq. ... Biz Netanyahunun ölümündən başqa heç nə ilə razılaşmırıq”.

Osmani vurğulayıb ki, İsrail o qədər həyasızlaşıb ki, artıq Tehranda qonağın qanını tökür. Siyasətçi əlavə edib ki, İran Haniyyənin ölümünün qisasını almaq üçün doğru anı seçəcək.

Avqustun 3-də “The Wall Street Journal” Tehrandan olan adı açıqlanmayan diplomata istinadla yazıb ki, İran İsmayıl Haniyənin qətlinə cavab olaraq İsrailə hücum etmək niyyətindədir. Qeyd olunub ki, müxtəlif ölkələrin Tehranı vəziyyəti gərginləşdirməməyə inandırmaq cəhdləri “səmərəli olmayıb və olmayacaq. “İsrail bütün qırmızı xətləri keçib, cavab tez və sərt olacaq”, - diplomat vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR