İsrailin Livana hücumları ABŞ və İran arasında atəşkəsi pozmaq məqsədi daşıya bilər. Axar.az xəbər verir ki, bu barədə “Politiko” mənbələrə istinadən məlumat yayıb.
“Bu vəziyyət gözlənilən idi. Brüssel beynəlxalq tərəfdaşları ilə birlikdə Livan məsələsində daha fəal şəkildə çıxış etməli və danışıqların bərpası üçün səy göstərməlidir. Görünür, Livana kifayət qədər diqqət yetirilmir və müəyyən bir laqeydlik var”, - mənbə bildirib.
Qeyd edək ki, İran və ABŞ arasında iki həftəlik atəşkəslə bağlı ötən gün razılıq əldə edilib. İsrail isə bu razılaşmanın Livana aid olmadığını bildirib və bu ölkəyə ağır zərbələr endirib. Nəticədə 254 mülki şəxs ölüb və Limanda 9 aprel milli matəm elan edilib.
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçməyi planlaşdıran bütün gəmilərin minalarla toqquşma riskindən qaçmaq üçün Tehranın təklif etdiyi iki alternativ marşrutu izləməli olduğunu açıqlayıb.
Musavat.com xəbər verir ki, müvafiq göstərişlə SEPAH çıxış edib:
"Fars körfəzində və Hörmüz boğazında hərbi vəziyyət və dənizdə müxtəlif gəmi əleyhinə minaların aşkarlanması ehtimalı səbəbindən, boğazdan keçmək niyyətində olan bütün gəmilərdən Hörmüz boğazında SEPAH Hərbi Dəniz Qüvvələri ilə əlaqələndirilərək, sonrakı xəbərdarlığa qədər alternativ marşrutlardan istifadə etmələri tələb olunur".
Açıqlamada qeyd olunur ki, bu qərar "dəniz təhlükəsizliyi prinsiplərinə riayət etmək və dəniz minaları ilə mümkün toqquşmalardan qorunmaq üçün" verilib. SEPAH Fars körfəzindən Hörmüz boğazından və geriyə iki alternativ marşrut təqdim edir. Hər ikisi Larak adasının sularından keçir.
Qeyd edək ki, bu açıqlama İranın Hörmüz boğazını minalamasından xəbər verir. Münaqişə müddətində bir neçə dəfə bu barədə xəbərlər yayılsa da, Tehrandan hər hansı açıqlama verilməmişdi.
Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız təhlükəsizlik eksperti İlham İsmayıldır. Müzakirədə tamaşaçılarmız da iştirak edə bilər.






