İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail HƏMAS-la bağlı planlarını DƏYİŞİR

615 07.01.2024 15:50 Dünya A A

İsrail radikal HƏMAS hərəkatını tamamilə məhv etmək planlarından imtina edir və qüvvələrini israilli girovları azad etməyə yönəldir.

Musavat.com xəbər verir ki, Amerikanın CNN telekanalına müsahibə verən ekspertlər bu qənaətə gəliblər.

Britaniyanın Kral Beynəlxalq Münasibətlər İnstitutunun Yaxın Şərq və Şimali Afrika üzrə elmi işçisi Bilal Y.Saab İsrailin HƏMAS-ı tamamilə məhv etmək niyyətini əlçatmaz adlandırıb.

“IDF rəhbərliyi çox yaxşı başa düşür ki, onların edə biləcəyi ən çox şey HƏMAS-ın hərbi imkanlarını ciddi şəkildə zəiflətməkdir”, - deyə o bildirib.

İsrail Demokratiya İnstitutunun rəhbəri və Knessetin keçmiş üzvü Yohanan Plesner qeyd edir ki, israilli girovların HƏMAS əsirliyində qalması İsrailin baş naziri Binyamin Netanyahuya güclü siyasi təzyiqlərə səbəb olur. Qeyd olunub ki, Qəzza zolağında müharibə başlayandan bəri baş nazirin ölkədəki reytinqi xeyli aşağı düşüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR