İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail-Fələstin debatı TV Müsavatda – Elçin Alıoğlu ilə Pənah Hüseyn ÜZ-ÜZƏ

585 15.11.2023 11:12 Siyasət A A

İsrail hərbçiləri HƏMAS-ın rəhbər şəxslərindən biri olan Hüseyn Əbu Queyqi ələ keçirib. Bu barədə xarici KİV məlumat yayıb. Qeyd olunub ki, o, qruplaşmanın Ramallahdakı qolunun liderlərindən biri olub.

Biz Qəzzadakı gərginliyin tezliklə aradan qaldırılacağına ümid edirik. Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa ünvanladığı məktubda əksini tapıb.

"Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş və bu məsələnin BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Ölkəmiz BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə bundan sonra da dəstək göstərməyə davam edəcəkdir", - Prezident bildirib.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.30-da TV Müsavatın “Canlı debat” verilişində müzakirə edəcəyik. İsrail-Fələstin qarşıdurması AXP sədri Pənah Hüseynlə siyasi ekspert Elçin Alıoğlunun debatında sizin nəzərinizə çatdırılacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR