İnsanlara hürriyət, millətlərə istiqlal!

"İsrail bu müharibədə Amerikaya güvənir" – Politoloq

808 13.11.2023 18:41 Siyasət A A

"Qəzzada olanlar onu göstərir ki, İsrail Amerika Birləşmiş Ştatlarına güvənir və bu, onun üçün kifayətdir ki, beynəlxalq humanitar hüququ pozaraq istədiyini həyata keçirsin".

Bu fikirləri Musavat.com-a açıqlaması zamanı politoloq Fərhad Məmmədov deyib.

"İsrailə bu istiqamətdə səbəb yaratmaq lazım deyildi. Amma HƏMAS bu səbəbi yaradaraq Fələstin xalqı qarşısında olan ən böyük məsuliyyətsizliyi nümayiş etdirdi və Qəzzadakı mülki əhalinin İsrailin hücumuna məruz qalmasına səbəb oldu. İsrail də öz növbəsində yaranan vəziyyətdən istifadə edərək 7 oktyabr "Terror hadisəsi"ndən sonra var gücü ilə və ən böyük müttəfiqi olan ABŞ-ın, eyni zamanda digər Qərb dövlətlərinin dəstəyilə geniş anti-hücum başlatdı və hazırkı vəziyyət formalaşdı. Güc ABŞ-dadır. Amerika nümayiş etdirir ki, İsrailin atdığı bütün addımları dəstəkləyəcək" - deyə politoloq bildirib.

Dürrə Həsənova,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR