İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniyada mafiyanın başçısı tutulub

554 01.01.2024 08:15 Dünya A A

İspaniyada İtalyan mafiyasının qaçan patronu Nikola Rullo tutulub.

“Report”un məlumatına görə, bu barədə ANSA Neapol Karabineri İdarəsinə istinadən xəbər verir.

Rullo ən böyük "Kontini" cinayət klanının bir hissəsinin eyniadlı qrupuna rəhbərlik edib. O, həbsxanada ekstradisiya gözləyir.

2020-ci ildə həbsdən azad olunub. Rullo İspaniyada dekabrın 15-dən Alikante şəhərindəki "El Plantio Golf Resort" otelində yaşayıb. Həmin şəxs 2023-cü ilin 26 sentyabrında Napoli Prokurorluğunun qərarı ilə axtarışa verilib.

Bundan əvvəl Roma Aeroportunda "Kamorra" mafiyasının rəhbəri Mariya Liççardi saxlanılıb.

Məlumata görə, qadın təyyarə ilə İspaniyaya uçmağı planlaşdırıb. O, talan, fırıldaqçılıq və digər cinayətlərdə şübhəli bilinir. Liççardi 2009-cu ilin dekabrında səkkiz illik həbsdən çıxıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR