İspaniya ABŞ üçün yaxşı NATO müttəfiqi deyil.
Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Şimali Dakotada çıxışında deyib: "İspanlar NATO-nun üzvləridir, amma NATO-nun o qədər də yaxşı üzvləri deyillər. Onlar deyirlər ki, başqalarına kömək etmək istəmirlər. Onlar özlərini yaxşı aparmırlar. Amma öyrənəcəklər".
ABŞ-ın NATO-dakı Daimi Nümayəndəsi Metyu Uitaker iyulun 1-də bildirib ki, Vaşinqton ABŞ-İsrail müharibəsi zamanı İspaniyanın hərəkətlərindən və Madridin hərbi xərcləri ÜDM-in 5 faizinə çatdırmaq istəməməsindən məyusdur.
İspaniya hakimiyyəti ABŞ-ın 5 faizlik tələbinə cavab olaraq ÜDM-in təxminən 2 faizini hərbi xərclərə ayırmaqla NATO öhdəliklərini yerinə yetirə biləcəklərini elan edib. Madrid eyni zamanda İranla münaqişə zamanı öz ərazisindəki hava limanlarını ABŞ təyyarələrinin üzünə bağlayıb.
İyulun 7-8-də Ankarada keçiriləcək NATO zirvəsində ABŞ-ın bu məsələni qaldıracağı gözlənilir.
Musavat.com






