İnsanlara hürriyət, millətlərə istiqlal!

İslandiyada püskürən vulkanın lavası qəsəbəyə çatıb

398 15.01.2024 10:26 Dünya A A

İslandiyanın cənub-qərbində, Reykjanes yarımadasında bir ay ərzində ikinci vulkan püskürməsi başlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, lava yenidən təxliyə edilməli olan balıqçı qəsəbəsinə doğru axır.

Bazar günü günortaya doğru yavaş-yavaş axan ərimiş qayalar artıq bir neçə on metr hündürlükdə Qrindavik qəsəbəsinin kənarına çatmışdı.

Noyabr ayında vulkan püskürməsi təhlükəsi səbəbindən Qrindavikin 4 min sakini təxliyə edilib. Dekabrın 18-də püskürən vulkanın lavası həmin vaxt qəsəbənin ətrafında dayanıb.

Bundan sonra yüzə yaxın sakin Qrindavikə qayıdıb və indi onlar yenidən təxliyə edilməli olublar.

Son həftələrdə maqmanı kənddən uzaqlaşdırmaq üçün vulkanın ətrafında torpaq və daş maneələr qurulub.

Lakin İslandiya Meteorologiya İdarəsinin verdiyi məlumata görə, onlar kömək etməyiblər - lava maneələri yarıb və kəndə axıb.

İslandiya prezidenti Qvidni Yohannesson yerli sakinləri əmin edib ki, insanların həyatını heç bir şey təhdid etmir, ancaq infrastruktur risk altındadır.

Püskürmə bölgədə bir sıra zəlzələlərdən sonra baş verib. Bazar günü püskürmə 2021-ci ildən bəri Reykjanes yarımadasında baş verən beşinci püskürmədir.

İslandiyada vulkan püskürmələri müntəzəm olaraq baş verir. 2010-cu ildə Eyjafjallajökull vulkanının püskürməsi zamanı atmosferə nəhəng kül buludları atılmlşdı, buna görə Avropa üzərindən hava hərəkəti uzun müddət dayanmalı olmuşdu.

Reykjanes püskürmələri vəziyyətində alimlər belə güclü kül emissiyalarını gözləmirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR