İnsanlara hürriyət, millətlərə istiqlal!

İslandiyada bir şəhər lava altında qala bilər – Fövqəladə vəziyyət elan olundu

503 15.01.2024 00:54 Dünya A A

İslandiyanın cənubunda Faqradalsfyal vulkanının püskürməsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Bu barədə İslandiya milli radiosu - RUV məlumat yayıb.

Məlumatda qeyd olunur ki, vulkan oyanmazdan əvvəl ölkədə zəlzələ baş verib. Zəlzələlərdən sonra vulkan püskürməyə başlayıb, lava Grindavik şəhərinə doğru axıb.

Sakinlər dərhal təxliyə edilib. Baryer konstruksiyaları maqma axınının əsas hissəsini başqa istiqamətə yönəldə bilib, lakin yanvarın 14-də axşam saatlarında lava hələ də şəhərin kənarına çataraq üç evi dağıdıb. Eyni zamanda portal iddia edir ki, binalardan birinin sahibləri sadəcə olaraq ev tikiblər və hətta ona köçməyə belə vaxtları olmayıb.

Hazlrda Grindavikin enerji və istilik təchizatı tamamilə kəsilib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR