İnsanlara hürriyət, millətlərə istiqlal!

İŞİD Qırğızıstanda kilsəyə terror hücumu planlaşdırıbmış - FOTO

390 28.12.2023 18:03 Dünya A A

İŞİD terror təşkilatı Qırğızıstanın Cəlal-Abad şəhərində kilsəyə və mərkəzdə əsas Milad ağacı yanında terror aktı həyata keçirməyi planlaşdırıbmış. Respublikanın xüsusi xidmət orqanları hücumun qarşısını alıb.

Bu barədə Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin Mətbuat Xidməti xəbər yayıb.

Bildirilir ki, İŞİD  terror qruplaşmasının üzvləri saxlanılıblar, amma onların ad və soyadları açıqlanmayıb.

Saxlanılanların 16 yaşı var, yeniyetmələr internet vasitəsilə terror təşkilatına cəlb olunublar. Onlar Cəlal-Abad şəhərinin mərkəzi meydanındakı əsas Milad ağacının yanında əldəqayırma partlayıcı qurğu yerləşdirməli idilər, həmçinin Müqəddəs Məryəm Kilsəsində partlayış və silahlı hücum həyata keçirməli idilər.

İŞİD üzvlərinin telefonlarında onların terror təşkilatının emissarları ilə yazışmaları, fəaliyyət planı, əldəqayırma partlayıcı qurğuların hazırlanmasına dair təlimatlar, həmçinin “sədaqət andı” ilə video çəkilişlər tapılıb.

Yeniyetmələr saxlanılaraq istintaq təcridxanasına yerləşdirilib. Onlara qarşı Qırğızıstan Cinayət Məcəlləsinin terror aktı maddəsi ilə cinayət işi açılıb.

Mənbə: TASS

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR