İnsanlara hürriyət, millətlərə istiqlal!

İsgəndəryan: “İlk dəfədir ki, Qarabağ bir iqtidar üçün əhəmiyyət daşımır”

1519 07.06.2023 17:05 Region A A

 

“2020-ci ilin payızında başlayan müharibə Türkiyədən çox Azərbaycana lazım idi. Ankara bu müharibəyə sponsorluq edirdi, lakin faydalanan tərəf əsasən Bakı oldu”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İskəndəryan yerli kanala müsahibəsində deyib.

“Türkiyə bölgəyə daxil olmaq üçün Azərbaycana birmənalı və qeyd-şərtsiz dəstək verir . Müvafiq olaraq, maraqların üst-üstə düşməsi də var. Türkiyə və Azərbaycan siyasəti 100 faiz uyğun gəlməyə bilər. Amma ermənilərə gəlincə, siyasətləri birləşdirməyə belə ehtiyac yoxdur, burda bir tamlıq var.  Diqqət edin: Türkiyənin indi bizə qarşı irəli sürdüyü iddialar özlərinin deyil, azərbaycanlıların iddialarıdır. Ona görə də, Cənubi Qafqazda Ankara və Bakının vahid siyasətini görürük”,-deyə İskəndəryan bildirib.

Erməni ekspert Ermənistanda Qarabağ məsələsinə münasibət haqqında da danışıb.

“Qarabağın təhlükəsizlik zəmanətindən daha çox yük olması barədə müzakirə Ermənistanda çoxdan – hətta Paşinyan iqtidara gəlməzdən xeyli əvvəl mövcud olub. 2018-ci ildə yeni elitaların hakimiyyətə gəlməsi bu fenomenin səbəbi deyil, nəticəsidir. Müasir Ermənistan tarixində ilk dəfədir ki, iqtidar özünü Qarabağ məsələsi ilə bağlamır”,-deyə o qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR