İnsanlara hürriyət, millətlərə istiqlal!

İşğaldan azad edilən ərazilərdə çalışan təhsil işçilərinin sayı AÇIQLANDI

390 29.01.2024 15:28 Siyasət A A

İşğaldan azad edilən ərazilərdə 6 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

Elm və təhsil nazirliyindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, məktəblərdə 651 şagird təhsil alır:

““Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə müasir təhsil infrastruktunun qurulması istiqamətində işlər uğurla davam etdirilir. İşğaldan azad edilmiş ərazilər üzrə ümumilikdə 6 ümumi təhsil müəssisəsi açılmışdır və həmin məktəblərdə 651 şagird təhsil alır. Məktəblərin ümumi heyəti 132 nəfərdən ibarətdir. Onlardan 73 nəfəri müəllim vəzifəsində çalışır”.

Nazirlikdən həmçinin bildirilib ki, köç yeniləndikcə saylar dəyişir.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR