İnsanlara hürriyət, millətlərə istiqlal!

İş adamına qarşı dələduzluq edilib? - DİN-dən MÜNASİBƏT

741 03.06.2022 20:20 Gündəm A A

Daxili İşlər Nazirliyi (DİN) Oğuz rayonunda iş adamına qarşı dələduzluq edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Musavat.com "Report"a istinadən xəbər verir ki, Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Məsimov Oğuz Rayon Polis Şöbəsində vətəndaş Abbasqulu Məmmədovun müraciətinin araşdırılmaması ilə bağlı iddiaların həqiqətə uyğun olmadığı bildirib.

"Belə ki, mayın 31-də DİN-in “102” Xidməti-Zəng Mərkəzinə müraciət edən Abbasqulu Məmmədov Rasim Əliyev adlı şəxs tərəfindən ona məxsus heyvanların xəbərsiz şəkildə satıldığını deyib.

Daxil olan müraciət əsasında tərəflər polis şöbəsinə dəvət olunub və onların izahatları alınıb.

Hazırda faktla bağlı Oğuz Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir və nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək", - DİN rəsmisi vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR