İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanla Rusiya TOQQUŞDU, gərginlik PİK HƏDDƏ – “Nə istəyirsiz?” Hərbi analitiklə CANLI

1757 14.04.2023 15:40 Son xəbər A A

Ermənistan dövlət maraqlarını rəhbər tutaraq irəliləyir. Ona görə də Zaxarovanın Ermənistanın NATO təlimlərində iştirakı ilə bağlı açıqlaması anlaşılmazdır. “Mülki müqavilə” fraksiyasının katibi Artur Ovannisyan İrəvanın NATO təlimlərində gözlənilən iştirakını şərh edərkən deyib.

“Zaxarovanın aydınlaşdırma tələb etməsi bir az anlaşılmazdır. Ermənistan strateji tərəfdaşı olan Rusiya ilə dostluq, eləcə də digər tərəfdaş ölkələrlə isti münasibətlər saxlayır. İrəvan silahlı qüvvələrinin döyüş hazırlığının inkişafı və artırılması üçün hər şeyi edir”, - o bildirib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Ermənistanda həbs edilən Azərbaycan Ordusunun iki hərbçisi ilə hələ də görüşməyiblər. BQXK-nin Ermənistandakı nümayəndə heyətinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni deyib. “BQXK nümayəndələri Ermənistan səlahiyyətliləri ilə dialoq mərhələsindədirlər, onların məqsədi dərhal görüş imkanıdır. Görüş hələ baş tutmayıb”, - deyə Amatuni bildirib. Görüşün hansı səbəbdən gecikdirilməsi məlum deyil.

Ermənistan və Rusiya XİN başçıları Ararat Mirzoyan və Sergey Lavrov arasında ayrıca görüş keçirilib. Tərəflər MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində görüşüb.

"Azərbaycan əsgərinin 3 gün ərzində Ermənistanda necə diqqətdən kənarda qalması bəlli deyil". Bunu müxalifətçi deputat Qeqam Manukyan jurnalistlərə açıqlamasında bildirib. "Bu hadisə özlüyündə görünməmiş və biabırçı bir hadisədir.

İnanmaq çətindir ki, Azərbaycan əsgəri 3 gün ərzində Ermənistan ərazisində gözə dəymədən Sisiandan keçib Qafana gedə bilər. Paşinyan ibtidai istintaq, kəşfiyyat və əks-kəşfiyyat orqanlarının vəkilliyini edərək bunu izah etməyə çalışdı. O, təxminən eyni canfəşanlıqla Azərbaycan hərbçilərinin 2020-ci ilin iyulunda Tavuşda necə azdığını da izah etmişdi", - o söyləyib.

TVMusavat-ın “Həftə içi” proqramında hərbi ekspert Telman Qasımovla əsgərlərimizin əsir düşməsi və regiondakı məsələləri müzakirə edirik.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR