İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda aksiya-ölən hərbçilərin valideynləri küçədə gecələyir - VİDEO

959 13.04.2023 22:27 Son xəbər A A

Bir az əvvəl sentyabr döyüşlərində ölən əsgərlərin yaxınları Ermənistan İstintaq Komitəsinin yaxınlığındakı küçəni bağlayıb, lakin idarə rəisi binanı tərk edə bilib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Etirazçılar bildiriblər ki, Argişti Kyaramyan onlarla danışmadan İstintaq Komitəsini (İK) tərk edib. Eyni zamanda İK rəhbərinin getdiyi maşını da “ayıb” şüarlarla müşayiət ediblər. Hazırda müharibə qurbanlarının valideynləri bütün gecəni İstintaq Komitəsinjn binasının qarşısında qalmağı planlaşdırırlar. “Sabah səhər heç kim bu binaya daxil ola bilməyəcək. Sadəcə bir suala cavab almaq istədik, sentyabrın 21-də baş verənlərə görə kimsə cəzasını çəkdimi”-etirazçı bildirib.

Bildirilir ki, 2022-ci il sentyabrın 21-də səhər saatlarında həlak olan əsgərlərin yaxınları Nikol Paşinyanın Yerablura səfərini pozmaq niyyəti ilə hərbi panteonda növbətçilik edirdilər, lakin polis güc tətbiq edərək onları məntəqələrə aparıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR