İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan və Astana qardaşlaşır

677 15.04.2024 12:00 Dünya A A


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfəri çərçivəsində bir sıra sənədlər imzalanıb.

Musavat.com İrəvan mətbuatına istinadən xəbər verir ki, imzalanma mərasimi Ermənistan prezidentinin iqamətgahında baş tutub.

Qazaxıstan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən bəyanatlar, miqrasiya və vətəndaşların qalma sahəsində əməkdaşlıq haqqında saziş, avtomobil nəqliyyatı haqqında 2006-cı il sazişinə dəyişikliklər haqqında protokol və aviasiya sahəsində əməkdaşlıq haqqında memorandum, Armavir və Manqistau regionları arasında əməkdaşlıq haqqında memorandum, Vanadzor və Şikment arasında əməkdaşlıq və qardaşlaşma haqqında memorandum, turizm sahəsində əməkdaşlıq proqramı, 2024-25-ci illər üçün ticarət-iqtisadi əməkdaşlıq üzrə yol xəritəsi, İrəvan və Astana arasında yüksək texnologiyalar, əməkdaşlıq və qardaşlaşma sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR