İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan saat 22:00-da Rusiyaya tarixi xəyanət edəcək!

8582 14.01.2025 11:23 Siyasət A A

Bu gün Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar.

Tədbir İrəvan vaxtı ilə saat 22:00-da baş tutacaq. Bu, əslində İrəvan üçün təəssüf ki, tarixi hadisədir. Ermənistan və ABŞ hərbi-siyasi ittifaqın imzalanması imkanının əsasını qoyur. Şübhəsiz ki, erməni-amerikan münasibətlərinin böyük potensialı kimi Ermənistanın ABŞ-ın NATO-dan kənar mühüm müttəfiqi statusunu almasıdır. (Yəni fikir belədir).

Ermənistan hökuməti həmçinin Donald Tramp administrasiyası ilə də strateji tərəfdaşlıq sazişinin həyata keçirilməsi və Ermənistanın NATO-dan kənar mühüm müttəfiq statusunu təmin etməsini gözləyir.

Ermənisatanda bəyan edirlər ki, hazırda Ermənistanın hərbi-siyasi müttəfiqi yoxdur və ABŞ-Fransa strateji əməkdaşlığının inkişafı təhlükəsizlik təminatlarının təmin edilməsinə töhfə verə bilər. Ermənistanın Co Bayden administrasiyası ilə işi onu strateji tərəfdaşlıq sazişinin imzalanması mərhələsinə gətirib. Əmindirlər ki, Donald Tramp və Respublikaçılar administrasiyası da Ermənistanla münasibətlərin dərinləşməsində maraqlı olacaq.

Ermənistan Aİ-yə də üzvlük prosesinə başlamaq niyyətini açıqlayıb. Yaxın vaxtlarda parlament müvafiq qanun qəbul edəcək və Ermənistan Aİ-yə üzvlük prosesinə rəsmən başlayacaq. Əslində Paşinyan hesab edir ki, Ermənistan Rusiyadan Qərbə doğru strateji dönüş edir. Belə olanda isə yaxın gələcəkdə Ermənistanın KTMT və Aİİ-dən çıxmasını da gözləmək olar.

Bu da o deməkdir ki, Rusiya Cənubi Qafqazda mövqelərini itirir və mövqelərini Qərbə verir. Bu, elə olduqda, Cənubi Qafqazın tarixində böyük geosiyasi dəyişikliyə çevrilə bilər. İrəvandakılara görə əsrlər boyu bu bölgə Rusiya, Türkiyə və İranın təsiri altında olmuşdur. Ermənistanın sayəsində regionda qərbləşmə prosesi başlayır. Ermənistanın Aİ-yə daxil olma ehtimalı yüksəkdir ki, bu da Cənubi Qafqazın avropalaşmasının başlanğıcı deməkdir. Gürcüstanın iştirakı ilə bu prosesi sürətləndirmək olardı.

Nəticə: Ermənitan doğrudanmı bu addımları edə biləcək və dediyi kimidir?

Axı Cənubi Qafqaz adına danışmaq təkcə Ermənistanın "başı üçün" deyil. Ayrıca, Trampın bu gedişata reaksiyası da maraqlıdır, bəs Azərbaycan, Türkiyə, İran, Rusiya və Gürcüstan necə?

aziz.jpeg (273 KB)

Əziz Əlibəyli,
Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri, siyasi şərhçi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR