İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan merliyi uğrunda mübarizə başladı 

487 08.08.2023 16:38 Region A A

Ermənistanda “Ana Ermənistan” hərəkatı İrəvan Ağsaqqallar Şurasına seçkilərdə iştirak etmək qərarına gəlib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə hərəkatın koordinatoru Andranik Tevanyan videomüraciətində bildirib.

“Bizim üçün Ermənistan və “Artsax” (Qarabağda rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə hələ də qalan oyuncaq və qondarma quruma verilən uydurma ad - red.) üçün təhlükə olan baş nazir Nikol Paşinyanın qeyri-legitim siyasəti qəbuledilməzdir. Biz Qarabağı Azərbaycanın bir hissəsi kimi qəbul etmirik və Ermənistan üçün gözlənilən fəlakətin qarşısını almaq istəyirik. Əminəm ki, bizim təhlükəsiz və güclü ölkə qurmaq imkanımız var. “Ana Ermənistan” hərəkatı İrəvan Ağsaqqallar Şurasına seçkilərdə iştirak etmək qərarına gəlib. Biz bunu hakimiyyətin tam şəkildə dəyişməsi və ölkənin indiki vəziyyətdən çıxması üçün fürsət hesab edirik”, - deyə Tevanyan qeyd edib.

İrəvanın keçmiş meri Ayk Marutyan İrəvan Ağsaqqallar Şurasına seçkilərdə iştirak edəcək. Bu barədə o, özünün feysbuk səhifəsində videomüraciətində bildirib. Erməni mətbuatının yazdığına görə, Marutyan 9 noyabr bəyannaməsinin imzalanmasından sonra etiraz olaraq baş nazir Nikol Paşinyanın komandası ilə yollarını ayırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR