İnsanlara hürriyət, millətlərə istiqlal!

İraq İranı BMT-yə ŞİKAYƏT ETDİ

559 17.01.2024 13:31 Dünya A A

İraq İranın Ərbil şəhərinə raket hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət edib.

Musavat.comRİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Hücum nəticəsində mülki vətəndaşların həlak olduğu, özəl və dövlət sektoruna ziyan dəydiyi bildirilir.

Nazirlik əlavə edib ki, şikayət iki nüsxədə BMT-nin baş katibinə və BMT Təhlükəsizlik Şurasının sədrinə göndərilib.

Baş verənlərin “İraqın suverenliyi, ərazi bütövlüyü və İraq xalqının təhlükəsizliyinin kobud şəkildə pozulması” olduğu qeyd edilib.

Qeyd edək ki, İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) yanvarın 15-dən 16-sına keçən gecə İraqın şimalında yerləşən Ərbil şəhərini raket atəşinə tutub. Hadisə nəticəsində 4 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı iddia olunur.

Daha sonra "Reuters" xəbər verib ki, hücum nəticəsində ABŞ vətəndaşları və obyektlərinə ziyan dəyməyib.

Mətbuat hücumlar nəticəsində məşhur kürd iş adamı Peşrav Dizayi və ailə üzvlərinin öldürüldüyünü yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR