İnsanlara hürriyət, millətlərə istiqlal!

İraq əlavə ABŞ hərbçilərinin yerləşdirilməsinə razı olmayacaq

467 17.01.2024 00:14 Dünya A A

Rəsmi Bağdad heç bir halda İraq ərazisində ABŞ-ın əlavə hərbi birləşmələrinin yerləşdirilməsinə razı olmayacaq.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraq Nümayəndələr Şurasının (parlament) Təhlükəsizlik və Müdafiə Komitəsinin nümayəndəsi Kərim əl-Məhəmmədai bildirib.

“ABŞ-ın İraqa yeni qüvvələr göndərmək niyyəti ilə bağlı xəbərlərin heç bir əsası yoxdur. Nə Nümayəndələr Şurası, nə də İraq hökuməti səbəb və arqumentdən asılı olmayaraq, belə bir addımla razılaşmayacaq”, - deputat deyib.

Əl-Məhəmmədainin fikrincə, İraqa əlavə ABŞ qüvvələrinin göndərilməsi ilə bağlı bu cür xəbərlər ölkənin hazırkı baş naziri Məhəmməd əl-Sudaninin ölkə ərazisindən Amerika kontingentinin tam çıxarılmasına yönəlmiş səylərinə mane olmaq cəhdidir.

Deputat qeyd edib ki, İraqın hökumət başçısının bu mövqeyi ölkə parlamenti tərəfindən də dəstəklənir.

Əl-Məhəmmədainin bəyanatı ABŞ mediasında Suriya və İraqa 1,5 min Amerika hərbçisinin göndərilməsi ilə bağlı yayılan məlumatlara cavab olub. Xatırladaq ki, ABŞ-ın bu ölkələrdə artıq 4 minə yaxın hərbçidən ibarət kontingenti var.

Üstəlik, yanvarın 5-də İraqın Baş naziri Məhəmməd əl-Sudani beynəlxalq koalisiya qüvvələrinin İraqda mövcudluğunun əsaslandırılmasının başa çatdığını və Bağdadın ölkədə xarici hərbçilərin mövcudluğuna son qoymaq üçün konkret tədbirlər görmək niyyətində olduğunu bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR