İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı general təhdid etdi: “Belə davam etsə...”

1744 31.12.2023 01:11 Dünya A A

HƏMAS Hərəkatı oktyabrın 7-də İsrailə hücumu İranın köməyi olmadan planlaşdırıb və həyata keçirib.

Musavat.com teleqraf.com-a istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" briqadasının komandiri, general İsmayıl Qəni deyib.

İranlı general Fələstin hərəkatını "müstəqil müqavimət qrupu" adlandırıb.

"Fələstin müqaviməti öz işinə öz hazırlığı və qarşısına qoyduğu planla başlayıb. Etdikləri hər şey gözəl şəkildə planlaşdırılıb və icra edilib", - Qəni bildirib.

"Qüds" komandiri SEPAH generalı Razi Musəvinin Suriyada öldürülməsinə görə İsraili günahlandırıb.

Onun fikrincə, bu qətlin səbəbi İranı müharibəyə qatılmağa məcbur etməkdir:

"Razi Musəvini Qəzzada döyüş meydanında heç nə əldə edə bilmədiyiniz üçün öldürdünüz, İran sizin planlarınıza cəlb olunmayacaq".

Qəni molla rejiminin bölgədə dəstəklədiyi terrorçu qruplaşmalar adından ABŞ-ni də təhdid edərək bildirib ki, Amerika İraqdakı fəaliyyətlərini davam etdirsə, İraq "müqavimət"i buna cavab verəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR