İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı ekspert Rusiyanı ittiham etdi: Ermənistanın qaz bazarını bölüşmək istəmir deyə...

662 05.12.2023 21:55 Dünya A A

Ermənistandan İrana üçüncü yüksək gərginlik elektrik xəttinin çəkilməsinə Rusiya imkan vermir.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu məlumatla İran və Avrasiya Tədqiqatları İnstitutunun eksperti Qüdrətullah Şəfiyə dekabrın 5-də İrəvanda keçirilən “Yeni regional reallıqlar” və “Dünyanın kəsişmə nöqtələri” adlı konfransda çıxış edib. O, dediklərini İranın hökumət nümayəndələrinin məlumatı olduğunu bildirib: “Ermənistanın əsas qaz tədarükçüsü bunun əleyhinədir. Onlar qaz bazarını bölmək fikrini bəyənmirlər".

Qeyd edək ki, Ermənistanın əsas qaz tədarükçüsü Rusiyadır.

Ekspert məhdudiyyətləri unudub, Ermənistan və İranın istədiyini etməyi təklif edib: “Qonşularla, İranın yaxşı münasibətləri olan ölkələrlə əməkdaşlığa gəlincə, Tehran problemləri həll etməyə çalışır, nəinki qonşuları üçün bu problemləri yaratmağa”.

Xatırladaq ki, Ermənistan İrandan qaz alaraq, ondan elektrik enerjisi istehsal edir və hər kubmetr qaza görə İrana 3 kVt enerji ötürür. Qalan 2 kVt saatı isə öz əhalisinə paylayır. Üçüncü xəttin tikintisinə 2006-cı ildə başlanılıb. Onun tikintisi ilə Ermənistana enerji ixracı gücünün hazırkı 340 MVt/saatdan 1200 MVt/saatadək artırılması gözlənilir.

Politoloqun sözlərinə görə, Tehran Ermənistanla bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına heç bir maneə görmür:

“Ermənistan da heç bir maneə görmür və buna çox ciddi yanaşır”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR