İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla Ermənistan arasındakı 500 milyonluq müqavilə xəbəri təkzib olundu: "Təxribatdır..."

955 25.07.2024 13:20 Region A A

"Dünən İran və Ermənistan arasında 500 milyon dollar dəyərində silah tədarükünə dair iri hərbi müqavilənin bağlanması ilə bağlı məlumat yayılıb. Lakin bu məlumat tamamilə yalandır. Bu, çox güman ki, Azərbaycanla İran arasında münasibətlərin normallaşması prosesinə xələl gətirmək üçün nəzərdə tutulmuş saxtadır".

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Caliber" yayıb.

Məlumatda bildirilir ki, bu cür ucuz təxribatlar gərginlik yaratmaq məqsədi daşıyır və regionda vəziyyətin yaxşılaşdırılmasına mane olan qüvvələrin istifadəsi üçün faydalıdır.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi İranla 500 milyon dollarlıq gizli razılaşmaya dair xəbərləri təkzib edib.
Nazirliyin mətbuat katibi Aram Torosyan bu barədə daha əvvəl məlumat yaymış "İran international" nəşrini "uydurma" adlandırıb.

Onu da bildirək ki, rəsmi Tehran məsələyə münasibət bildirməyib.

Xəbəri ilk olaraq "İran international" yayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR