İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla diplomatik təmaslar nəticə verəcəkmi?-Ərəstun Oruclunun şərhi  

825 13.04.2023 18:19 Siyasət A A

"İranla münasibətlərin düzəlməsi üçün xeyli zaman lazımdır. 44 günlük Vətən müharibəsindən sonra İranın Azərbaycana siyasətində xeyli qüsurlar oldu. İran faktiki olaraq Azərbaycana qarşı aqressiv siyasət yeritməyə başladı".

Bu fikirləri Musavat.com-a  “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib.

O qeyd edib ki, Azərbaycan sadəcə aqressiv siyasətə adekvat reaksiya verib: "Hazırda hər iki tərəfdən ağır ittihamlar səslənir. Azərbaycanda çox sayda vətəndaş İrana casusluqda şübhəli bilinərək həbs olunur. Bu da münasibətlərə neqativ təsir edən amildir. Eyni zamanda, İranın Azərbaycandakı səfirliyinin əməkdaşları "persona non grata" elan olunub. Bu amilləri nəzərə alaraq münasibətlərin normallaşacağını gözləmək tezdir. Bizim regional və qlobal məsələlərdə İranla maraqlarımız ziddiyyət təşkil edir. Hər bir halda ortaq məxrəcin tapılması, həmçinin münasibətlərdəki aqressiv tonun aradan qaldırılması üçün təmaslar, o cümlədən diplomatik təmaslar önəmlidir. İmkanlardan səmərəli istifadə olunarsa, buna nail olmaq olar".


Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR