İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla bağlı ŞOK QADAĞA - 100 təyyarə...

1283 17.01.2024 13:20 Dünya A A

“Airbus” İranın “Iran Air” aviaşirkətinə çatdırılması nəzərdə tutulan 100 təyyarənin tədarükünü ləğv edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə istehsalçının 2023-cü il üçün hesabatında deyilir.

Məlumata görə, təchizat müqaviləsi 2016-cı ilin sonunda bağlanıb, ABŞ-ın İrana qarşı sanksiyalarını bərpa etməsindən sonra saziş dondurulub.

Qeyd edək ki, nüvə sazişi çərçivəsində 2016-cı ildə İrana qarşı bəzi məhdudiyyətlər götürülüb. Bundan sonra ölkə “Airbus” ilə 100 təyyarənin tədarükü barədə razılığa gəlib.

 “FlightGlobal” portalı yazır ki, təyyarələr arasında 16 ədəd “A350-1000”, 28 ədəd “A330-900”, 10 ədəd “A330-200”, 32 ədəd “A320neo”, 8 ədəd “A321” və 6 ədəd “A320” olub. Şirkət “Iran Air”i ilkin olaraq Kolumbiyanın “Avianca” şirkəti üçün nəzərdə tutulmuş iki geniş gövdəli  “A330-200” və bir dar gövdəli “A321” təyyarəsi ilə təchiz edib.

2018-ci ildə İtaliyanın “Leonardo SpA” və “Airbus SE” şirkətlərinin birgə müəssisəsi tərəfindən istehsal olunan, İranın sifariş etdiyi, lakin hələ də ona təhvil verilməmiş “ATR” təyyarəsi üçün yeni alıcılar axtardığı bildirilir. 18 “ATR 72-600” təyyarəsinin tədarükü üçün dəyəri 1 milyard avro olan müqavilə 2016-cı ildə bağlanıb. İran 12 təyyarə alıb, daha 6 təyyarə isə sanksiyalara görə təhvil verilməyib.

Xatırladaq ki, ABŞ 2018-ci ildə nüvə sazişindən çıxdıqdan və İrana qarşı sanksiya siyasətinə qayıtdıqdan sonra Tehran əvvəlki razılaşmalar üzrə üzərinə götürdüyü bir sıra öhdəliklərdən imtina edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR