İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın yeni təxribatı QAPIDA – bu dəfə hara hücum edəcəklər? – Tural Abbaslı ilə Elman Nəsirov “CANLI”da

631 10.04.2023 11:35 Siyasət A A

“Hüseyniyyun” terror qruplaşmasının Təbrizdəki konsulluğumuzun qarşısında diplomatların şəhəri tərk etmələri tələbi ilə aksiya keçirəcəyi haqda məlumat yayılıb. Bakının öz statuslarına uyğun fəaliyyət göstərməyən iranlı diplomatları ölkədən çıxarması addımına qarşı Tehranın cavab verəcəyi gözləniləndir”.Bu sözləri politoloq Asif Nərimanlı deyib.

Politoloq gərginliyin davam edəcəyi müddətdə Təbrizdəki konsulluğumuzun hədəf ola biləcəyini söyləyib: “Abdullahianla Bayramovun telefon müzakirəsində layihələrin və təmasların davam etdirilməsi razılaşdırılsa da, gərginliyin aradan qalxacağı ehtimalı kiçikdir. Baş verənlər Təbrizdəki konsulluğumuzun əsas hədəflər sırasında olduğunu göstərir: “Hüseyniyyun” qruplaşması ilk aksiyasını “Mossad yuvası” ittihamı ilə keçirdi, ikincisində “diplomatların çıxarılması” tələbini irəli sürəcəksə, növbəti addımlarda Tehran rejiminin təbliğat maşınının “şər yuvası” elan etdiyi konsulluq binasına müdaxilənin ola biləcəyi də istisna edilməməlidir.
Qeyd edək ki, bir müddət öncə Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında “Hüseyniyyun” qruplaşmasının “bayraqları” quraşdırılıb.
Yaxın günlərdə bu istiqamətdə nələr gözlənilir? Azərbaycan İranla bağlı gərginliyi hansı formada həll edəcək?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində YAP-çı millət vəkili Elman Nəsirovla Ağ Partiyanın sədri Tural Abbaslı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR