İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın xarici işlər naziri Ermənistana səfər edəcək

408 26.12.2023 23:33 Dünya A A

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan dekabrın 27-də Ermənistana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan "X" sosial şəbəkəsində bildirib.

Səfər çərçivəsində onun Ermənistanın xarici işlər naziri Mirzoyanla görüşü planlaşdırılır.

Bundan əvvəl İranın xarici işlər naziri azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefonla danışıb. İkitərəfli əməkdaşlığın gündəliyinə dair məsələlər, regiondakı vəziyyət və İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə edilib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan sonuncu dəfə 2022-ci ilin oktyabrında Ermənistana səfər edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR