İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın nüvə obyektləri - SİYAHI

1410 17.04.2023 09:50 Son xəbər A A

BMT-nin strukturuna daxil olan Beynəlxalq Atom Enerjisi Agentliyinin (International Atomic Energy Agency / IAEA), İranın nüvə layihəsi barəsində dərc etdiyi materiallarda cəmi 5-7 obyekt göstərilsə də, real rəqəm fərqlidir.

Müxtəlif ölkələrin kəşfiyyat xidmətlərinin açıq mənbələrdə yerləşdirilən və ümumiləşdirilmiş məlumatlarını götürsək, aşağıdakı geniş coğrafiyalı siyahı alınır.

Nüvə araşdırma mərkəzləri:
• Bonab
• Yəzd
• Kərəc

Nüvə silahı komponentləri və nüvə başlıqlı raket istehsalı mərkəzi:
• Çalus

Uranın zənginləşdirilməsi müəssisələri:
• Ləşkərabad* (R&D texnologiyası - uranın lazer vasitəsi ilə zənginləşdirilməsi)
• Qum (Fordo) nüvə yanacağının zənginləşdirilməsi müəssisəsi
• Natanz

* Rəsmi olaraq (?) mərkəzin avadanlığı demontaj edilib

"Ağır su" (deyterium - D2O) istehsalı müəssisələri:
• Xondab
• İsfahan
• Erak (Xonab) / IR-40 ağır su reaktoru

Reaktorlu nüvə araşdırma mərkəzləri:
• Tehran
• Əraq
• Şiraz / 10 MW (hovuz tipli)

Tikilməkdə olan atom elektrik stansiyaları (AES):
• Əhvaz
• Darkovin / 360 MW ağır su reaktoru
• Buşehr / 1000 MW ağır su reaktoru

Nüvə yanacağı istehsalı müəssisələri:
• Ərdəkan
• Bəndər Abbas

Uran filizi mədənləri:
• Quçin
• Zariqan
• Narqan
• Səhənd

Nüvə tullantılarının saxlanılma poliqonu:
• Anarak

İran Nüvə Enerqetikası Təşkilatının (İNET / AEOi) Tədris mərkəzi:
• Moallem Kalaye

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR