İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın hücumundan sonra İsrailin bu silahlarına MARAQ ARTIB

850 16.05.2024 16:52 Dünya A A

Bir neçə ölkə keçən ay İranın raket hücumunu uğurla dəf edən İsrailin “Arrow” müdafiə sistemini almaqda maraqlı olduğunu bildirib.

Musavat.com xəbər verir ki, bu barədə raketdən müdafiə sistemini hazırlayan Israel Aerospace Industries (IAI) şirkətinin rəhbəri Boaz Levi Reuters agentliyinə bildirib.

Qeyd edək ki, “Arrow” İsrail tərəfindən ABŞ ilə birgə hazırlanıb. Sistem uçuş məsafəsi 3000 km-ə qədər olan ballistik raketlərə qarşı effektivdir.

Arrow” ballistik raketləri tutmağa qadir olan “Arrow-2” və “Arrow-3” raketdən müdafiə sistemlərindən ibarətdir. 2023-cü ilin avqustunda İsrail ABŞ-dan razılıq aldıqdan sonra “Arrow-3”ü Almaniyaya 3,5 milyard dollara satıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR