İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın GİZLİ danışıqları üzə çıxdı: Rusiya və Çinlə...

1015 12.04.2023 14:15 Son xəbər A A

İran hökuməti Rusiya və Çinlə raket yanacağının istehsalı üçün əsas komponentlərin tədarükü ilə bağlı gizli danışıqlar aparır.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytı məlumat yayıb.

Saytın informasiyasına əsasən, söhbət ammonium perklorat maddəsindən gedir. Onun əldə edilməsi məqsədilə Rusiyanın “Anozit” şirkəti ilə danışıqlar aparılır.

Qeyd edək ki, İrana nüvə proqramına görə tətbiq edilən sanksiyalarla əlaqədar bu ölkəyə ammonium perklorat maddəsinin tədarükü qadağandır. İranın nə qədər ammonium almaq istədiyi dəqiq məlum deyil. Saytın mənbələrindən birinin sözlərinə görə, bu maddə İrana minlərlə raketin, o cümlədən uçuş məsafəsi 700 kilometrə çatan “Zülfüqar” tipli raketlərin istehsalı üçün lazımdır.

“Politico” ekspertlərinin fikrincə, bu raketlərin önəmli hissəsi Rusiyaya verilə və Ukraynada istifadə oluna bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR