İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın “casus ovu” nə vaxtadək davam edəcək?

438 07.06.2023 08:40 Gündəm A A

İstisna edilmir ki, rəsmi Tehran gözdən pərdə asmaq üçün qondarma “casus” ittiham ilə ələ keçirdiklərini Azərbaycana qaytarmağa razılıq verə bilər

İranda azərbaycanlı tələbə Fərid Səfərlinin casusluq ittihamı ilə həbs olunması molla rejiminin əsl mahiyyətini açıq nümayiş etdirir. İndi məlum olub ki, Azərbaycan vətəndaşı Validə Yusifova da casusluq ittihamı ilə həbsdə saxlanılır. “Güney Azərbaycan” telegram kanalına istinadən xəbər verilir ki, Validə Yusifova 2 il əvvəl həbs edildikdən sonra ilk olaraq Ərdəbil, daha sonra isə Təbrizdəki təhlükəsizlik müəssisələrindən birinin təcridxanasına köçürülüb. O, təxminən üç ay təkadamlıq kamerada saxlanılıb, dindirildikdən sonra Tehrandakı Evin həbsxanasındakı SEPAH Kəşfiyyat Təcridxanasına köçürülüb.

31 yaşlı Validə Yusifova Tehran İnqilab Məhkəməsi tərəfindən “casusluq” və “narkotik ticarəti” ittihamı ilə mühakimə olunub.

Həmçinin o, ailəsi ilə əlaqə saxlamaq hüququndan da məhrum edilib.

“Trend” agentliyi yazır ki, əslində bu, İran rejiminin köhnə üsuludur: “Məsələn, vaxtilə 2 gənc yazarımız İrana səfəri zaman həbs edildi və uzun müddət zindanda saxlanıldı. Sonradan isə bütün ittihamlar götürüldü. Bundan başqa, 2008-ci ilin oktyabrında İranda qondarma bəhanə ilə həbs edilən azərbaycanlı alim Rəşid Əliyevlə bağlı anoloji hadisəni qeyd etmək olar. İrana səfər edən azərbaycanlı alim casus adı ilə İranda həbs edildi, mənəvi və fiziki işgəncələrə məruz qaldı. İrana səfər edən Azərbaycan vətəndaşlarının İranda həbs edilməsi, incidilməsi ilə bağlı bu kimi bir çox faktları xatırlamaq olar. Hadisələri analiz etdikdə belə anlaşılır ki, İrana səfər edən azərbaycanlılar xüsusi xidmət orqanları tərəfindən hədəfə götürülür, onların əməkdaşlığa cəlb edilməsinə çalışılır, bu alınmadıqda isə onlar qondarma səbəblərlə həbs edilir və ciddi problemlər yaşamağa məcbur olurlar.

Xüsusilə bu məsələ son dövrlər daha intensiv hal almağa başladı. Biz əsas da Azərbaycanda İranın casus şəbəkəsi ifşa olunduqca qarşı tərəfin öz mahiyyətinə uyğun əməllərə əl atdığını aydın görməkdəyik. Konkret desək, istisna edilmir ki, rəsmi Tehran Bakının, Azərbaycan xalqının gözündən pərdə asmaq üçün hətta “casus” kimi qondarma ittiham ilə ələ keçirdiyi Fəridi Azərbaycana qaytarmağa razılıq da verə bilər. Bununla İran tərəfi elə görüntü yaratmağa çalışacaq ki, “görürsünüz, bizim üçün heç nə Azərbaycanla münasibətləri normallaşdırmaqdan vacib deyil”".

Bəs bu “casus ovu” nə vaxtadək davam edəcək?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a deyib ki, gənc tələbə Fərid Səfərlinin həbsinin bir neçə ay gizli saxlanılması və casusluq maddəsi ilə ittiham elan olunması onu göstərir ki, İran tərəfi onu heç bir əsas olmadan saxlayıb: “Validə xanımın həbsi ilə bağlı da eyni situasiyadır. Azərbaycan vətəndaşlarını gizlicə həbs edib aylarla saxlayır, sonda isə ağır ittihamlarla üz-üzə qoyurlar. Bu onu deməyə əsas verir ki, İranın Azərbaycanda saxladığı casus şəbəkəsi ifşa edildikcə, İran tərəfi belə oyunları davam etdirəcək.

Deputat Fazil Mustafaya qarşı terror aktından sonra İranın molla rejimi bazarlıq üçün daha da aktivləşib. Bu baxımdan Azərbaycanın müvafiq qurumları haqlı olaraq vətəndaşları İrana səfər etməkdən çəkinməyə çağırıb. Bu gün Azərbaycan vətəndaşlarının İrana getməsi təhlükəlidir. Çünki İran tərəfi Azərbaycan vətəndaşlarını həbs edib alver predmetinə çevirir".

Çətindir... Azərbaycan üçün 125 deputat azdır” – Çingiz Qənizadə Yeni Sabah

Çingiz Qənizadə

Çingiz Qənizadə deyib ki, İran Azərbaycanla oyun oynayır: “İran Azərbaycan tərəfindən haqlı olaraq həbs olunan casuslarını dəyişmək üçün günahsız Azərbaycan vətəndaşlarını həbs edib eyni maddə ilə ittiham irəli sürür ki, sonradan öz casusları ilə dəyişib geri alsın. İran rejimindən müsbət bir addım gözləmək əbəsdir. İran xoş qonşuluq siyasətinə xəyanət edir. Müsəlman İran daha çox müsəlmanların qanına susamış ermənilərlə münasibətləri yaxşılaşdırır. Bu baxımdan, İrandan yaxşı nəsə gözləmirik. İran prezidentinin Azərbaycan prezidentinə 28 mayda təbrik ünvanlaması, İran XİN başçısının azərbaycanlı həmkarına zəngi, İran səfirinin xahişi ilə qəbul edilməsi bütün bunlar görüntü xatirinə atılan addımlardır. Heç bir halda İran rejiminə arxa çevirmək olmaz”.

Çingiz Qənizadə Azərbaycan vətəndaşlarına müraciət etməklə İrana səfərlərdən çəkinməyə çağırıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR