İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda vəziyyət daha dramatik ssenariyə keçəcək - Dövlət Departamentinin çağırışındakı şifrə

934 08.01.2026 21:33 Dünya A A

“ABŞ Dövlət Departamentinin vətəndaşlarına rəsmi xəbərdarlıq edərək, onları İrana səyahət etməməyə çağırması İranda proseslərin daha drammatik və təhlükəli senari ilə inkişaf edəcəyini söyləməyə əsas verir”.

Bu barədə Musavat.com-a şərhində Milli Məclisin deputatı Aydın Hüseynov bildirib. Deputat qeyd edib ki, ABŞ-nin İranda səfirliyi olmasa da bu ölkənin daxilində gedən proseslərdən dəqiq məlumatlı olması üçün kifayət qədər başqa imkanları var:

“Zaman-zaman belə informasiyalar yayılıb ki, ABŞ, İsrail, Avropanın böyük dövlətləri İranda çox dərin kəşfiyyat şəbəkəsi qurublar. Ötən ilin iyununda 12 günlük İran əməliyyatı da sübut etdi ki, İranın daxilinə istıdikləri kimi sızmağı bacarıblar. Ona görə də hesab edirəm ki, bu gün ABŞ İranla bağlı vətəndaşlarına xəbərdarlıq edirsə, deməli ciddi məlumatlara malikdir. İranda vəziyyətin daha da kritik təhlükəli həddə çatacağını bilirlər. Yəqin ki, digər bəzi ölkələr də buna bənzər çağırışları edəcəklər”.

Deputat onu da deyib ki, ABŞ-ın özünün İranla bağlı planlarının, senarisinin də cızıldığı və tədricən tətbiq edilməsinə başlanacağı da istisna deyil. Dövlət Departamentinin vətəndaşlarına çağırışını şərtləndirən amillərdən birinin də bu olmasını iddia etmək mümkündür.

Qeyd edək ki, bir neçə dəqiqə öncə ABŞ Dövlət Departamentinin “X” sosial şəbəkəsindəki səhifəsində bildirişdə ABŞ vətəndaşlarına İrana səfərə getməmək çağırışı edilib. Çağırış “İranda olması terrorizm, kütləvi iğtişaşlar, adam oğurluğu və əsassız həbs də daxil olmaqla ciddi risklərlə”əlaqələndirilir.

Etibar Seyidağa,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR