İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda 8 nəfər edam olundu

554 22.07.2024 15:39 Dünya A A

İranın Şiraz və Kərəc şəhərlərində həbsxanalarda cəza çəkən səkkiz məhbus barəsində çıxarılan edam hökmü icra olunub.

Məlumatı “RadioFarda” yayıb.

Bildirilib ki, son sutka ərzində Şirazdakı Əbdülabad və Kərəcdək Qızılhasar həbsxanalarında “narkotik maddələrin qanunsuz dövriyyəsi” və “qəsdən adam öldürmək” maddələrində ittiham olunan səkkiz nəfər barəsində ölüm hökmü icra olunub.

Mərkəzi Norveçdə yerləşən İran İnsan Hüquqları Müdafiə Təşkilatının hesabatına əsasən, 2024-cü ilin altı ayı ərzində İranda azı 249 nəfər edam olunub, onların 147-si narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunub. (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR