İnsanlara hürriyət, millətlərə istiqlal!

İran XIN-də yeni kurator-Şəmxani Bakıya münasibəti dəyişə biləcəkmi?

1262 19.03.2023 22:31 Siyasət A A

 

 

İranın xarici siyasətdə yol verdiyi ciddi səhvlər Tehran rejimini narahat etməyə başlayıb. Bildirilir ki, bu səbəbdən  İranın siyasi elitasında ciddi fikir ayrılığı yaranıb. Haqqın.az saytı yazır ki,  İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan martın 18-də bu iddialara cavab verib. O, İranın hakim  elitasında  xarici siyasətlə bağlı hər hansı fikir ayrılığı olduğunu təkzib edərək, “bütün məsələlərin prezidenti İbrahim Rəisinin nəzarəti altında  irəlilədiyini” vurğulayıb.

Bildirilir ki, Ali Milli Təhlükəsizlik Şurasının katibi, kontr-admiral Əli Şemxaninin Pekində Ər-Riyad tərəfindən iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair Tehran sazişinin hazırlanmasında və imzalanmasında iştirakı bu iddiaların heç də əsassız  olmadığını göstərib. Əli Şəmxaninin  fəaliyyəti İran Xarici İşlər Nazirliyinin əhəmiyyətinin azaldığına işarədir.  

İranın hər iki ölkə ilə münasibətlərində ciddi problemlər var. Hər iki ölkə nə İranın ali rəhbəri, nə də Xarici İşlər Nazirliyi ortaq dil tapa bilib. Bu səbəbdən indi bu “ərəb cəbhəsi”nə etnik ərəb olan kontr-admiral Şəmxani atılıb. “İranın qərar qəbuletmə sistemi haqqında ən kiçik məlumatı olan hər kəs üçün aydındır ki, onun təyinatı Ali Rəhbər Əli Xamneyinin şəxsi razılığı olmadan baş tuta bilməzdi” deyə, haqqın.az yazır.

Xarici işlər naziri Abdollahian hər şeyin nəzarət altında olduğunu və Əli Şemxanini səfərlərində İran Xarici İşlər Nazirliyinin nümayəndəsinin müşayiət etdiyini iddia edib. Amma  İranın ali rəhbərinin öz diplomatlarından məyus olması faktını gizlətmək daha mümkün deyil.

Ali dini rəhbərin öz diplomatlarına etimadsızlığı ilə bağlı iddialar təxminən on ildir ki, var.  1981-ci ildən diplomatik sahədə çalışan və Əli Xamneinin yaxın çevrəsinin üzvü Əli Əkbər Vilayəti uzun illər xarici siyasəti kurasiya edib.  

2020-ci ildə koronavirusa yoluxandan sonra Vilayəti təqaüdə çıxdı. “İran diplomatiyası birdən-birə bələdçisiz qaldı və  nəticə etibarı ilə İran diplomatik korpusu   Tehrandan vaxtı-vaxtında göstəriş gözləyən  diplomatların toplusuna çevrilib. Heç bir ideya, təşəbbüs yoxdur, hər şey yalnız yuxarıdan gələn sifarişlə olur. Əli Xamnei istəsə belə, İran Xarici İşlər Nazirliyində ciddi “təmizləmə” apara bilməz.  Buna görə də İranın ali rəhbəri İran diplomatiyasında islahatlar aparmaq planlarından imtina edərək, onun yeni kuratora,  kontr-admiral Şəmxaniyə tabe etdirmək  yolunu seçdi. Amma indiki İran diplomatik korpusu adlanan bu “bataqlıqda” nəsə edə biləcəkmi, bu böyük sualdır” deyə, məqalədə bildirilir.

Qeyd edək ki, Şəmxani ötən ilin yayında Azərbaycanda səfərdə olub və  Prezident İlham Əliyevlə  görüşüb. Şəmxaninin xarici siyasətin yeni kuratoru olmasının İranın Azərbaycana qarşı yanlış siyasətinə təsir edib-etməyəcəyi də maraq mövzusudur.  

 

Orxan ƏLİYEV,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR