İnsanlara hürriyət, millətlərə istiqlal!

İran XİN başçısı Ermənistan səfərindən yazdı

1446 22.10.2022 22:34 Region A A

“Ermənistanda mənim baş nazir Nikol Paşinyanla Cənubi Qafqazın təhlükəsizliyi, Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və xarici qüvvələrin müdaxilə etməməsi məsələləri ilə bağlı mühüm görüşüm oldu”.

Musavat.com-un xəbərinə görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian öz Tvitter səhifəsində yazıb.

İran XİN başçısı əlavə edib: “Biz Şimal-Cənub tranzit yoluna, iki ölkə arasında ticarət və turizmin inkişafına böyük əhəmiyyət veririk. Məhz bu məqsədlə İranın Qafanda Baş Konsulluğu açılıb”.

Qeyd edək ki, diplomat iki günlük Ermənistan səfərinin son günündə parlament sədri Simonyan və baş nazir Paşinyanla görüşüb.

Toğrul İSMAYIL,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR