İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv oldu

463 04.07.2023 17:44 Siyasət A A

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) İranın assosiasiyaya üzv ölkələr sırasına daxil olduğunu rəsmən elan edib.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, qərar təşkilatın Hindistanın sədrliyi ilə keçirilən 23-cü sammitində qəbul edilib.

İran dövlətlərarası təşkilatın doqquzuncu üzvü olub. Onun təşkilata qoşulması ilə bağlı öhdəlik memorandumu 2022-ci ilin sentyabrında ŞƏT-in Səmərqənddə keçirilən sammitində imzalanmışdı.

ŞƏT 2001-ci il iyunun 15-də Şanxayda yaradılıb. Əvvəlcə təşkilata altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan daxil idi, 2017-ci ildə Hindistan və Pakistan da onlara qoşulublar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR